Goranboy sakini Rusiyada ağır yol qəzasında faciəvi şəkildə ölüb - FOTO

Hazırda oxunan: Goranboy sakini Rusiyada ağır yol qəzasında faciəvi şəkildə ölüb - FOTO

206691

Goranboyun 31 yaşlı sakini Rusiyada ağır yol qəzasında ölüb.

Bizim.Media apa-ya istinadən xəbər verir ki, hadisə Moskva-Samara magistral yolunda qeydə alınıb.

Goranboy rayonunun Todan kənd sakini 1993-cü il təvəllüdlü Səhman Əmrahovun idarəetdiyi "Qazel" markalı yük maşını magistralda xarab olub.
 

Məlumata görə, sürücü dostunu köməyə çağırıb. Dost gələndən sonra Səhman Əmrahov özünə məxsus yük maşınını tanışının maşının qoşqu yerinə bağlayan zaman sürətlə hərəkətdə olan “Mercedes Sprinter" markalı mikroavtobus xarab olan “Qazel”ə arxadan çırpılıb.


Nəticədə 31 yaşlı Səhman Əmrahov iki avtomobilin arasında qalıb. O ağır vəziyyətdə xəstəxanaya aparılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, faciəvi şəkildə ölən Səhman Əmrahov ötən gün doğulduğu Todan kəndində dəfn edilib.

Baş vermiş hadisə ilə bağlı Rusiya hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin