Qardaş Türkiyə ilə Azərbaycan arasında təhsil sahəsində əməkdaşlığa yeni töhfə olan Türkiyə–Azərbaycan Universiteti (TAU) artıq yeni tədris ilindən tələbələrini qarşılamağa tam hazırdır.
Bizim.Media xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev bildirib.
Nazir qeyd edib ki, Azərbaycan Texniki Universitetinin tərəfdaşlığı ilə fəaliyyət göstərəcək TAU-da Orta Şərq Texniki Universiteti ilə birgə kompüter mühəndisliyi, İstanbul Texniki Universiteti ilə birgə sənaye mühəndisliyi və Hacettepe Universiteti ilə birgə qida mühəndisliyi ixtisasları üzrə tədris təşkil olunacaq:
“Gənclərimizi ali təhsil sahəsində həyata keçirilən belə əhəmiyyətli layihələrdən fəal şəkildə yararlanmağa çağırıram. Ölkəmiz və təhsilimiz üçün uğurlu olsun!”.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
17:54 / 14.08.2024
Nazir Türkiyə–Azərbaycan Universiteti HAQDA: "Tələbələri qarşılamağa tam hazırdır"
Hazırda oxunan: Nazir Türkiyə–Azərbaycan Universiteti HAQDA: "Tələbələri qarşılamağa tam hazırdır"
Hazırda oxunan: Nazir Türkiyə–Azərbaycan Universiteti HAQDA: "Tələbələri qarşılamağa tam hazırdır"
206659
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.