Notariusda təsdiqlənməyən vəsiyyətnamənin hüquqi qüvvəsi VARMI?

Hazırda oxunan: Notariusda təsdiqlənməyən vəsiyyətnamənin hüquqi qüvvəsi VARMI?

206649

Bacı-qardaş arasında yaranan mübahisələrin bir səbəbi də valideynlərdən qalan mirasdır. Bir çox ailənin övladları valideynlərin əmanətlərini öz aralarında ədalətli şəkildə bölməyi bacarsa da istisnalar mövcuddur. Mirasa görə sözü çəp gələn, illərlə küsülü qalan, hətta cinayətə əl atan doğmalar da var.

Bəs mirasın hansı övlada bağışlanması və ya onlar arasında hansı şəkildə bölünməsini valideynin vəsiyyətnaməsi tənzimləyə bilərmi? Ümumiyyətlə, vəsiyyətnamənin hüquqi qüvvəsi varmı?
 

MÖVZU İLƏ BAĞLI:

Daşınmaz əmlakla bağlı notariat QAYDALARI DƏYİŞİR


Çoxlarını maraqlandıran mövzu ilə bağlı vəkil Ruslan Mustafayev Bizim.Media-ya danışıb. O, vəsiyyətin iki növü olduğunu vurğulayıb:

“Birincisi, şifahi vəsiyyətdir ki, kimsə yaşlananda, rəhmətə gedəcəyini düşünəndə yaxın qohumlarına, dostlarına filan əmlakı oğluna və ya qızına, kiməsə vəsiyyət edəcəyini deyir. Bir də var yazılı, notarial qaydada verilən vəsiyyət... Edilən vəsiyyət yazılı qaydada olduğu üçün sənədin adına vəsiyyətnamə deyilir. Bu, notarial qaydada verilir. Təbii olaraq, hüquq notarial qaydada verilən vəsiyyətnaməni tanıyır. Yəni onun icrası da mümkün olur”.

“Şifahi şəkildə verilən vəsiyyətnamənin heç bir hüquqi nəticəsi olmur”

Hüquqşünas bildirib ki, valideyn bütün əmlakını övladlarının birinə vəsiyyət eləsə də əmlakdan digər övlada da pay düşür:

“Əmlak vəsiyyət edilməyən vərəsələrin də miras qalmış əmlakdan qanuni payları var. Nümunə üçün deyək ki, rəhmətə gedən şəxsin iki övladı var və o, vəsiyyətnamə ilə bütün əmlakını bir övladına verib. Amma qanun deyir ki, vəsiyyətnaməyə görə heç bir əmlak verilməyən digər övlada da qanuni pay düşür. Yəni həmin hissədən ona da müəyyən pay düşür. Burada bütün detalları, yəni hansı formada, necə icra olunmasını hüquq, qanun tənzimləyir.

Şifahi şəkildə verilən vəsiyyətnamənin heç bir hüquqi nəticəsi olmur, bunu rəsmiləşdirmək demək olar ki, mümkün olmur. Hər hansı formada iddialar qaldırıb, vəsiyyətin tanınması üçün şikayətlər eləmək olar. Amma bu, kifayət qədər ağrılı, uzun prosesdir. Ona görə də vəsiyyətlərin yazılı və notarial qaydada həyata keçirilməsinin təbliği vacib məsələdir.

Vətəndaşlar ötən əsrlərdə olduğu kimi qohumlarının yanında şifahi şəkildə vəsiyyət etməklə öz missiyalarını yerinə yetirdiklərini düşünürlər. Əsla, elə deyil. Təəssüflər ki, bu gün vəsiyyətlərin tərtib edilməsi ilə bağlı maarifləndirmə kampaniyasının aparılmasının şahidi olmamışam. Çox istərdim ki, bu hallara diqqət ayrılsın”.

Valideynin yazılı vəsiyyətnaməsini övladı təsdiq etdirə bilərmi?

“Şəxs özü vəsiyyətnamənin təsdiq edilməsində birbaşa iştirak eləməlidir. Vəsiyyətnamə notariusda tərtib olunur, şəxs özü öz imzası ilə təsdiq edir. Ola bilər ki, vətəndaş xəstədir, notariusa gedə bilmir. Belə halda notariusa ərizə ilə müraciət olunur, notarius evə gəlir və həmin prosesi evdə yerinə yetirir”, - dey müsahibimiz bildirib.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin