Bərdədə faciəvi şəkildə həyatını itirən azyaşlı ilə bağlı YENİ DETALLAR - VİDEO

Hazırda oxunan: Bərdədə faciəvi şəkildə həyatını itirən azyaşlı ilə bağlı YENİ DETALLAR - VİDEO

206629

Xəbər verdiyimiz ki, dünən Bərdə rayon sakini, 2020-ci il təvəllüdlü Əli Bayramov valideynləri tərəfindən evdə vurulan iynədən həyatını itirib.

Hadisə ilə bağlı Bizim.Media-ya açıqlama verən azyaşlının həkimi Rəsmiyyə Şərifova bildirib ki, valideynlərə uşağın müalicə üçün evə göndərilməməsinin vacibliyini vurğulayıb:
 

MÖVZU İLƏ BAĞLI:

Bərdədə DƏHŞƏT: 4 yaşlı uşaq evdə vurulan iynəyə görə həyatını itirdi


"Azyaşlının vəziyyəti ilə bağlı valideynləri xəstəxanamızın acil şöbəsinə müraciət etmişdi. Atası uşağın hərarəti olduğunu bildirdi. Biz də uşağın hərarətini ölçdük və hərarət 36.6 idi. Valideyn bildirdi ki, uşağa hərarətini aşağı salmaq üçün dərman içirdiblər. Sonra mənə bildirdi ki, uşaqda iki dəfə qusma və ishal olub. Mən yenidən valideyni başa saldım ki, bu uşağa stasionar şəraitdə yardım, infuziyalar olunmalıdır və yatmalıdır. Valideyn də mənimlə razılaşdı. Təyinat verib palataya göndərdik”, - həkim bildirib.

R.Şərifova onu da qeyd edib ki, uşağın yenidən evə aparılması ilə bağlı məlumatı olmayıb:

“Mən acil şöbəsindən xəstəyə xəstəlik tarixi açdırmaq isdədim. Maraqlandım ki, uşağın vəziyyəti necədi? Ordan mənə bildirdilər ki, xəstə bura gəlməyib. Onlar təyinatı götürüb, xəstənin vəziyyəti hələlik kafi olduğundan onu evə aparıblar. Evdə isə yenidən uşağın qızdırması qalxıb”.

Həkim hesab edir ki, uşağa yanlış müalicə tətbiq edilib: “Yəqin ki, evdə uşağa hərarəti ola-ola sistem qoyulub. Təzədən aqonal vəziyyətdə xəstə acil şöbəsinə daxil oldu. Vəziyyətdən asılı olmayaraq, heç bir tibbi müdaxilə onun həyatını xilas edə bilmədi".


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin