Hava limanına gedən sərnişinlərin NƏZƏRİNƏ: Avtobuslar 24 saat İŞLƏYƏCƏK

Hazırda oxunan: Hava limanına gedən sərnişinlərin NƏZƏRİNƏ: Avtobuslar 24 saat İŞLƏYƏCƏK

Hava limanına gedən sərnişinlərin NƏZƏRİNƏ: Avtobuslar 24 saat İŞLƏYƏCƏK. "H1 Airport Express" marşrutu artıq günəşin doğulmasına qədər fəaliyyət göstərib. Gec saatlarda gələn sərnişinlər üçün bu genişləndirmə, səyahət təcrübəsini yaxşılaşdıracaq. H1 marşrutu, şəhərin əsas nəqliyyat qovşaqlarını əhatə edir və geniş bağaj bölmələri ilə avtobusları möhkəmləndirir. Gediş haqqı 1,3 manat olan H1 marşrutuna ödəniş hava limanında "BakıKart" kartı ilə edilə bilər. Bu genişləndirmə, mühüm tədbirlər ərəfəsində nəqliyyat xidmətlərinin sərnişinlər üçün daha əlçatan və rahat olmasını təmin edir.

206570

Bu gündən etibarən "H1 Airport Express" marşrutu 24 saat fəaliyyət göstərərək hava limanı ilə şəhər mərkəzi arasında rahat nəqliyyat əlaqəsini təmin edəcək. Avtobuslar gündüz saatlarında 20 dəqiqəlik, gecələr isə 45 dəqiqəlim intervalla hərəkət edəcəklər.

Bizim.Media xəbər verir ki, bununla bağlı "BakuBus" MMC-nin məlumatında bildirilib.

Qeyd olunur ki, bu günə kimi H1 marşrutu saat 1:00-a kimi xidmət göstərirdi ki, bu da gec saatlarda gələn sərnişinlər üçün müəyyən narahatlıq yaradırdı. Hazırda isə qrafikin genişləndirilməsi sayəsində sərnişinlər günün istənilən vaxtında şəhərə rahat çata biləcəklər ki, bu da onların səyahət təcrübəsini xeyli yaxşılaşdıracaq.

Marşrut şəhərin əsas nəqliyyat qovşaqlarını - "Koroğlu" habı və metronun "28 May" stansiyasını əhatə edir. Bu marşrut üzrə fəaliyyət göstərən müasir "Neoplan" avtobusları geniş baqaj bölmələri, soyuducu və məlumat monitorları ilə təchiz olunub ki, bu da səfəri mümkün qədər rahat edir. Yolda sərf olunan müddət günün saatından asılı olaraq təxminən 30 dəqiqə təşkil edir.

H1 marşrutu üzrə gediş haqqı 1,3 manatdır. Ödənişi hava limanında əldə edilə bilən "BakıKart" kartı, həmçinin "M10" və "Birbank" mobil tətbiqləri vasitəsilə həyata keçirmək mümkündür.

Qeyd edək ki, H1 marşrutunun hərəkət cədvəlinin genişləndirilməsi, xüsusən də Bakı şəhərində yaxın aylarda keçiriləcək "Formula-1" Qran-prisi və BMT-nin İqlim Dəyişiklikləri üzrə Tərəfləri Konfransı (COP29) kimi mühüm tədbirlər öncəsi, bütün sərnişinlər üçün nəqliyyat xidmətlərinin rahatlığının və əlçatanlığının artırılmasına yönəldilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin