“Suraxanı” gəmi-muzeyi fəaliyyətə başlayır

Hazırda oxunan: “Suraxanı” gəmi-muzeyi fəaliyyətə başlayır

20656

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) “Suraxanı” gəmi-muzeyinin qapıları 10 may tarixindən ziyarıtçilər üçün açıq elan olunur.

ASCO-dan Bizim.Media-ya verilən məlumata görə, Dənizkənarı Milli Parkda yerləşən muzey həftənin 5 günü saat 10:00-dan 19:00-dək ziyarətçilərin xidmətində olacaq.

Giriş biletlərinin qiyməti fərdi ziyarətçilər üçün 5 AZN, qruplar (seanslar) üzrə ziyarətçilər üçün 3 AZN  müəyyənləşdirilib. Korporativ ziyarətçilər, tələbə və məktəblilər, ASCO-nun əməkdaşları və dənizçiləri, eləcə də onların ailə üzvləri (müvafiq sənəd təqdim edilməklə)  2 AZN ödəməklə muzeylə tanış ola biləcəklər. 
 

MÖVZU İLƏ BAĞLI:

Milli Qəhrəmanın adını daşıyan gəmi təmir olundu


​​​​​​​Körpələrə və 5 yaşadək uşaqlara, hamilə qadınlara, qapalı və qaranlıq məkanlarda panikadan əziyyət çəkən şəxslərə (klaustrofobiya və s.) gəmi-muzeyə giriş tövsiyə olunmur.

Bununla belə, Azərbaycanın Milli Qəhrəmanları, Şəhid ailələri, Sovet İttifaqı Qəhrəmanları, Böyük Vətən Müharibəsi, Əfqanıstan və Qarabağ müharibələrinin iştirakçıları, 20 Yanvar və Çernobıl hadisələri əlilləri, 1-ci və 2-ci qrup əlillər və onları müşayiət edən 1 nəfər şəxs, veteran dənizçilər, 5-12 yaş arası uşaqlar (12 yaş daxil olmaqla) “Suraxanı” gəmi-muzeyinə ödənişsiz və növbəsiz giriş hüququna malikdirlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin