Müəllim işləmək istəyənlərin NƏZƏRİNƏ: Müsahibə mərhələsi başlanır

Hazırda oxunan: Müəllim işləmək istəyənlərin NƏZƏRİNƏ: Müsahibə mərhələsi başlanır

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi avqustun 14-dən etibarən başlayacaq və avqustun 22-dək davam edəcək. Namizədlərin tələb olunan sənədləri və şərtləri qeyd olunan tarixdə əldə etmələri vacibdir.
206540

Avqustun 14-dən etibarən müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinə başlanılır.

Təhsil İnstitutunun nəzdində İnsan Resursları Mərkəzindən Bizim.Media-ya bildirilib ki, ümumilikdə 5740 namizədin dəvət olunduğu müsahibələr avqustun 22-dək davam edəcək.

Müsahibə zamanı namizədlərin peşəkar kompetensiyaları, psixoloji hazırlığı və ümumi dünyagörüşü müsahibə proqramına uyğun olaraq müvafiq komissiya tərəfindən yoxlanılacaq. Müsahibə mərhələsində uğur qazanan namizədlər ümumi təhsil müəssisələrində müddətsiz əmək müqaviləsi ilə çalışmaq imkanı qazanacaqlar.

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinə gələrkən şəxsiyyəti təsdiq edən sənədi, habelə ali, orta ixtisas, magistratura və ya yenidənhazırlanma təhsili haqqında sənəd və ona əlavəni, xarici ölkələrdə alınmış təhsilin tanınması və ekvivalentliliyi haqqında şəhadətnaməni mütləq gətirmək lazımdır.

Namizədlər şəxsi səhifəsində qeyd olunan tarixdə müsahibə mərhələsində iştirak etmədiyi halda bu, tutduğu vakant yerdən imtina kimi qeydə alınacaq. Həmin namizədlərin müddətli müqavilə ilə işə qəbul turlarında iştirakı təmin olunmayacaq.

 


Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin