İdarə etmədiyi avtomobilə görə bir ayda 2-3 dəfə cərimələnir - VİDEO

Hazırda oxunan: İdarə etmədiyi avtomobilə görə bir ayda 2-3 dəfə cərimələnir - VİDEO

206534

Bakı sakini Xuraman Əkbərova idarə etmədiyi avtomobilə görə onun ünvanına cərimə protokolu gəlir.

Bizim.Media xəbər verir ki, bunu Xuraman Əkbərova özü deyir.

O bildirir ki, sürət həddinin aşılmasına görə ayda ən azı 2-3 dəfə elektron qaydada cərimə edilir.

Həmin cərimə protokolları isə onun sahibi olduğu maşına deyil, başqa avtomobilə yazılanlardır. O, bu barədə dəfələrlə aidiyyəti üzrə Baş Dövlət Yol Polisi İdarəsinə yazılı müraciət etdiyini deyir. Xuraman Əkbərovanı narahat edən başqa bir məsələ həmin sürücünün törədə biləcəyi ağır hadisələrdir. 
 

Sürücü iddia edir ki, hazırda başqa sürücünün törətdiyi inzibati xətanın iki elektron protokolu ona tərtib edilib. Sürücünün üzləşdiyi problemlə bağlı Baş Dövlət Yol Polisi İdarəsinə müraciət etdik. 


İdarənin əməkdaşı Mübariz Ağayev dedi ki,''Mercedes”ə tərtib olunmalı olan cərimənin “Ford”a yazılması texniki səhvdir. Bununla bağlı müraciətə reaksiya verildi. Dərhal yanlışlıq aradan qaldırıldı. “Mercedes” markalı avtomobilin nömrəsindəki nasazlığa görə həmin avtomobil axtarışa verildi''.

Mübariz Ağayev onu da əlavə etdi ki, bütün sürücülər avtomobilin dövlət nömrə nişanına vaxtaşırı nəzarət etməlidirlər.

Mövzu ilə bağlı daha ətraflı Xezerxeber.az-ın videomaterialında: 



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin