Bakıda polis əməkdaşları tərəfindən vətəndaşların etibarından sui-istifadə etməklə dələduzluq əməlləri törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.
DİN-in Mətbuat Xidmətindən Bizim.Media-ya verilən məlumata görə, araşdırmalarla müəyyən edilib ki, "Az24saat.org" xəbər portalının təsisçisi Vüqar Qurdqanlı ayrı-ayrı vətəndaşlara müxtəlif vədlər verərək onların etibarından sui-istifadə etməklə yüz min manatdan artıq pul vəsaitini dələduzluq yolu ilə ələ keçirib.
Faktlarla bağlı onun barəsində Cinayət Məcəlləsinin dələduzluq maddəsi ilə cinayət işi başlanılıb, məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
22:08 / 13.08.2024
Dələduzluqda şübhəli bilinən sayt rəhbəri HƏBS EDİLDİ - FOTO
Hazırda oxunan: Dələduzluqda şübhəli bilinən sayt rəhbəri HƏBS EDİLDİ - FOTO
Hazırda oxunan: Dələduzluqda şübhəli bilinən sayt rəhbəri HƏBS EDİLDİ - FOTO
Dələduzluqda şübhəli bilinən sayt rəhbəri HƏBS EDİLDİ. Bakıda polis əməkdaşları tərəfindən vətəndaşların etibarından sui-istifadə etməklə dələduzluq əməlləri törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.
206518
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.