“Bəzi problemlər olsa da, mən gözləmədən sizə 500 frank pul göndərirəm”x9d- Rəsulzadənin Ceyhun bəyə məktubu

Hazırda oxunan: “Bəzi problemlər olsa da, mən gözləmədən sizə 500 frank pul göndərirəm”x9d- Rəsulzadənin Ceyhun bəyə məktubu

206513

Moderator.az Azərbaycan Cümhuriyyəti ilə bağlı silsilə yazılarını davam etdirir. Bu dəfə yenə də həmin dövlətin qurucusu Məhəmməd Əmin Rəsulzadəni xatırlayacağıq.xa0
O, mühacirətdə olduğu zaman həm Azərbaycanın məcburi səbəblərdən dünyanın bir çox ölkələrində yaşamalı olduğu aydınları, həm də əcnəbi əlaqələri ilə məktublaşır. Ən çox məktub yazdığı şəxslərdən biri də Paris Sülh Konfransına göndərilən diplomat, ictimai xadim və jurnalist Ceyhun Hacıbəylidir.xa0

Onların arasındakı məktubların ümumi sayı 40-a qədərdir. M.Ə.Rəsulzadə bu məktubları 1922-ci ilin oktyabrından İstanbuldan göndərməyə başlayıb. Sonrakı məktubları isə yaşadığı digər ölkələrdən, ünvanlardan göndərib.

Bu məktubardan biri də 23 oktyabr 1930-cu il tarixindəxa0 Varşavadan göndərilib. Bu məktubda Rəsulzadənin böyüklüyünün bir daha şahidi oluruq. Onun özü maddi baxımdan o qədər də yaxşı durumda olmasa da, daha ağır vəziyyətdə olan Ceyhun bəyin maddi rifahı üçün əlindən gələni edir. Məktubda da bundan söz açılır:
xa0“Əzizim Ceyhun bəy!xa0
Sonuncu məktubunuza bu vaxta qədər cavab verə bilmədim. Məqsəd İstanbuldan Sizinlə əlaqədar olan məsələdən müəyyən bir cavab almaq idi. Çox təəssüflər olsun ki, Xəlil bəydən aldığım məktubda, İstanbul bir formal nöqsanı əsas gətirərək, Sizin maaşınızın büdcəyə daxil edilməsi məsələsinin təxirə salındığını bildirilir. Nümayəndə heyətindən Sizin təkrar heyətə daxil edildiyiniz haqqında qərarın surətinin gəlməsini gözləyirlər. Bununla belə, mən bu formal məsələnin başa çatmasını gözləmədən, Sizə verilmək üçün Miryaqub bəylə hələlik 500 frank göndərdim. Ümid edirəm ki, gələn ay üçün məsələ tamamilə aydınlaşar. Sizin alacağınız da təsdiq olunar. Məktubunuzda “mənə hə, və ya yox, aydın cavab veriniz!”x9d deyə bir ton vardır. “Beş aydır gözləyirəm, filan”x9d deyirsiniz. Bu xüsusda qismən özünüz də günahkarsınız. Sonra nəzərə almaq lazımdır ki, məsələnin həlli xeyli dərəcədə məndən və ya Mir Yaqub bəydən deyil, onun həlli ilə əlaqədar müəssisələr və onlardakı prosseduralardan asılıdır. Hər halda “dilimdən iltizam aldılar da, sonra əhəmiyyət vermədilər”x9d misalındakı münasibətiniz hadisəyə qətiyyən uyğun deyildir. Bu doğru olmaz. Bununla bərabər, Sizə rusca nəşr olunan bir broşurumu (kitabçamı) göndərirəm.xa0
Hələlik hörmət və salamlarla. Məmməd Əmin
Mənbə: Məhəmməd Əmin Rəsulzadə. Məktublar. Şəfibəyçilik.

Elmin Nuri

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin