Mənfur qonşularımız olan erməni vandallarının 100 illər boyu ölkəmizdə törətdikləri vəhşiliklərin izləri bəzi bölgələrimizdə hələ də qalmaqdadır. Bu vəhşiliklərin izləri ölkəmizin Quba, Şamaxı, Ağsu eləcə də Göyçay rayonlarında bu günə qədər qorunub saxlanılır.
Həmin vəhşilik nümunələrindən biri - 1918-ci ildə erməni topu ilə vurulan çinar ağacı da bu gün Göyçayda qorunub saxlanılan maddi-mədəniyyət nümunələri sırasındadır. O vaxtlar erməni daşnaklarının atdığı mərmi şəhərin mərkəzindəki çinar ağacını zədələsə də, o, yenidən qol-budaq atıb, ucalıb və bu gün də Göyçayın gözəlliyinə daha da gözəllik qatır.
Qoca çinarın tarixçəsi
Ağacın tarixi ilə bağlı Göyçay şəhər 7 saylı tam orta məktəbin direktor müavini, Azərbaycan Yazıçılar Birliyinin üzvü, tarixçi Aqil Kəngərlidən məlumat almağa çalışdıq.
Bizim.Media-nın sualına cavab olaraq A.Kəngərli bildirib ki, ermənilər xalqımıza qarşı müxtəlif vaxtlarda soyqırım aktları törədiblər:
“1918-ci ildəki hadisələri özündə yaşadan, onlara şahidlik edən çoxlu sayda maddi-mədəniyyət nümunələrindən biri də Göyçaydakı 150 ildən çox yaşı olan çinar ağacıdır”.
Müsahibimiz qeyd edib ki, Göyçay ərazisində baş verən döyüşlər zamanı şimaldakı Bozdağda quraşdırılan erməni topundan atılan mərmi şəhərin mərkəzindəki həmin çinar ağacına dəyib və onu ağır zədələyib:
“Lakin çinar ağacı erməni mərmisi qarşısında əyilməyib, öz vüqarı ilə ucalıb. Vaxt keçdikcə yaralı çinar yenidən boy atıb, bir gövdədən 4 budaq çıxıb. İndi həmin budaqların hər biri böyük bir ağacı xatırladır. Bu gün Göyçayda belə bir deyim var: “Ermənilər soyqırımı törətdilər, xalqımızın günahsız oğul və qızlarını öldürdülər, lakin kökümüzü kəsə bilmədilər. Ölən hər bir şəhidin yerinə 4 oğul dünyaya gəldi. Beləcə insanlarımız artdı, çoxaldı.”
Qeyd edək ki, 1918-ci ilin mart-iyun aylarında Nuru Paşanın rəhbərliyi ilə Türk Qafqaz İslam Ordusunun əsgərləri azərbaycanlı silahdaşları ilə birlikdə Göyçay ərazisində erməni-rus birləşmələrinin hücumunun qarşısını alıb. 1918-ci il iyunun 27-dən iyulun 2-dək Göyçay ərazisində gərgin döyüşlər baş verib. Göyçayın Qarabaqqal kəndinin ərazisi bir həftə davam edən ölüm-dirim savaşının dönüş nöqtəsi olub.
Türk və azərbaycanlı əsgərlər daşnak erməniləri və bolşevik rusları məhz Göyçay ərazisindəki döyüşlərdən sonra geri çəkilməyə məcbur edərək, onları Bakıyadək qovublar. 1918-ci il sentyabrın 15-də Bakı erməni və rus birləşmələrindən azad olunub.
Bizim.Media, Aran bürosu
- A-
- A
- A+
Cəmiyyət
13:00 / 13.08.2024
Erməni vəhşiliyinin 150 yaşlı ŞAHİDİ – Göyçaydakı qoca çinarın MARAQLI TARİXÇƏSİ – FOTO
Hazırda oxunan: Erməni vəhşiliyinin 150 yaşlı ŞAHİDİ – Göyçaydakı qoca çinarın MARAQLI TARİXÇƏSİ – FOTO
Hazırda oxunan: Erməni vəhşiliyinin 150 yaşlı ŞAHİDİ – Göyçaydakı qoca çinarın MARAQLI TARİXÇƏSİ – FOTO
Erməni vandallarının 100 illər boyu ölkəmizdə törətdikləri vəhşiliklərin izləri Göyçay, Quba, Şamaxı, Ağsu və digər ərazilərdə hələ də qalmaqdadır. 1918-ci ildə Göyçayda erməni topu ilə vurulan çinar ağacı hələ də yaşayır və maddi-mədəniyyət nümunələri arasında öz yerini tutur. Göyçaydakı qoca çinarın tarixçəsi və ətrafında baş verən döyüşlər barədə məlumatlar.
206434
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.