Arıqlama dərmanı ilə bağlı XƏBƏRDARLIQ – Ölümü TEZLƏŞDİRİR?

Hazırda oxunan: Arıqlama dərmanı ilə bağlı XƏBƏRDARLIQ – Ölümü TEZLƏŞDİRİR?

206406

Bəzi insanlar xüsusilə, qadınlar arıqlamaq, istədikləri çəkiyə sahib olmaq üçün apteklərdə belə satılmayan həkim resepti olmadan istifadə edilən  tərkibi bəlli olmayan dərmanlara və ya digər vasitələrə üz tuturlar. Ancaq mütəxəssislər bunu tövsiyyə etmir, tez-tez bunun ziyanlarından danışırlar.

Bu barədə Bizim.Media-ya açıqlama verən həkim-diyetoloq Leyla Zülfüqarlı arıqlama dərmanlarının tərkiblərinin çox  ziyanlı olduğunu bildirib:
 

MÖVZU İLƏ BAĞLI:

Qida əlavələri fayda gətirir, yoxsa FƏLAKƏT? – Gizlədilən HƏQİQƏT


“Arıqlamaq üçün müxtəlif kapsula və çaylar var ki, hər birinin məqsədi iştahı kəsməkdir. Ancaq bu səhvdir, çünki diyetologiya qidalanmanı inkar etmir, yəni, insanın iştahı olmalı və yeyərək qidalanmalıdır”. 

Belə dərmanların tərkibi nədən ibarət olur və insan sağlamlığına təsirləri nələrdir? 

“Bu cür tərkiblər müxtəlif olur, ancaq ən təhlükəlisi  sibutramin adlanan maddənin olduğudur. Bu maddə kapsulların, çayların tərkibində olur və bioloji ölümü də tezləşdirə bilir. Buna görə də arıqlama dərmanından sonra həyatını itirənlərə və yaxud ciddi xəstəliyə tutulanlara tez-tez rast gəlirik. 

Sibutramini açıq şəkildə satmırlar, o müəyyən şəkildə gizlədilir, tərkibdə yazılmır. Buna bir çox ölkədə qadağalar qoyulub, həmçinin,  ölkəmizdə də bununla bağlı ciddi tədbirlər görülüb. Ancaq yenə də bu proses davam edir”.

Həkim son vaxtlar tez-tez istifadə edilən arıqlama iynələriylə bağlı da fikirlərini bildirib:

“Arıqlama iynələrini bəzi həkimlər yazsa da,  elmi əsaslarla müəyyən olunub ki, onun belə arıqlamağa təsiri yoxdur.  Mən o iynələrin əleyhinəyəm. Bütün arıqlama çayları, kapsulları kimi bu da iştahı kəsir. Bu da ən ciddi ziyandır”. 


Nəzrin Mirzəyeva, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin