Toy sifarişləri çoxalır, qiymətlərin artacağı deyilir - VİDEO

Hazırda oxunan: Toy sifarişləri çoxalır, qiymətlərin artacağı deyilir - VİDEO

206366

Məhərrəm ayının bitməsinə az qalmış şadlıq evlərində bütün yerlər bron edilib.

Bizim.Media xəbər verir ki, inzibatçılar deyirlər ki, növbəti aylar üçün yerlərin çoxu tutulub.

Onların sözlərinə görə, əgər əvvələr daha çox həftəsonu üçün toy sifariş verilirdisə, indi həftəiçi də sifariş verənlər var.

İnzibatçılar deyirlər ki, əgər indi kimsə toy etmək üçün müraciət etsə, sentyabr ayında istədiyi tarixə, günə yer tapa bilməyəcək. O ki qaldı qiymətlərə, bildirilir ki, bununla bağlı hələlik dəyişiklik yoxdur və menyu 50-80 manat arasındadır. Amma yaxın vaxtlarda qiymətlərin artacağı qaçılmazdır.

Qeyd edək ki, Məhərrəm ayı avqustun 7-da başa çatıb, səfər ayı başlayıb.

Sentyabrın 5-də isə səfər ayı başa çatacaq.

Mövzu ilə bağlı daha ətraflı Xezerxeber.az-ın videomaterialında:


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin