“TikTok” Azərbaycanda 700 mindən çox videonu niyə SİLDİ? - DETALLAR

Hazırda oxunan: “TikTok” Azərbaycanda 700 mindən çox videonu niyə SİLDİ? - DETALLAR

206316

“TikTok” 2024-cü ilin ilk rübündə Azərbaycanda 700 mindən çox video silib. “TikTok” platforması bütün dünyada ən çox istifadə olunan platformadır. Azərbaycanda da istənilən yaş təbəqəsinin rahatlıqla qeydiyyatsız daxil olduğu platformada milyonlarla izləyici var. Əminliklə demək olar ki, Azərbaycanda minlərlə insanın istifadə etdiyi ilk sosial şəbəkə məhz tiktokdur. 

Bəs “TikTok” niyə bu qədər video silib?
 

MÖVZU İLƏ BAĞLI:

Əksər ölkələr "TikTok"dan imtina edir - Azərbaycanda niyə fəaliyyəti GENİŞLƏNİR? – ARAŞDIRMA 


Sosial media meneceri Fərid Ağazadə Bizim.Media-ya “TikTok”un qaydalarından danışıb. O, deyib ki, platformanın sərt qaydalar siyasəti hökm sürür. 

“”TikTok” alqoritmi istifadəçilərə çox baxış və tez məşhurlaşmağı asanlaşdırdığı qədər digər istifadəçilərin də haqlarını qoruyur. Belə ki platforma çılpaqlıqdan istifadə edərək izləyici yığmaq və ya başqasının musiqisini istifadə edərək məşhurlaşan istifadəçiləri sosial şəbəkə dili ilə desək spama salır.

Azərbaycandakı istifadəçilər “TikTok”un qaydalar bölməsinə daxil olaraq məhdudiyyətlər barədə yaxından tanış olmalıdır. Yeri gəlmişkən “TikTok”, səs, görüntünu ağıllı texnologiya vasitəsi ilə təhlil edərək videodakı qayda pozuntusunu aşkar edə bilən sistemə sahibdir və eləcə də bura dezinformasiya xarakteri daşıyan videolar da daxildir”.

Azərbaycanlılar nəyi səhv edir?

“TikTok” xarici sferada əsasən qısa və lakonik şəkildə gülməli və maarifləndirici videolar paylaşılan şəbəkədir. Ekspert isə deyir ki, azərbaycanlılar bu platformadan çox vaxt məqsədəuyğun istifadə etmirlər. 

“Çox təəssüf ki, Azərbaycanda “TikTok” vasitəsi ilə maarifləndirici və həqiqi yumor daşıyan videolar çəkən tiktoker çox azdır. “TikTok”da milyonluq baxış yığan əksəriyyət videolar trend musiqilərə rəqs edən xanımların videolarıdır. “TikTok” alqoritmi məhz belə videoların üzərində cərəyan edir. Bu da trend halına çevrilərək hər kəs tərəfindən görülür, davam etdirilir. Buna görə də, maarifləndirici və yumor xarakteri daşıyan video hazırlamaq yerinə küçədə rəqs edib paylaşmaq dəb halına çevrilir. Bu da intellektsiz sosial şəbəkə cəmiyyəti formalaşdırır və əziyyət çəkərək videokontintent yaradan tiktokerləri zamanla bu bazardan sildirir”.

“3 saniyədən çox baxmayın”

Fərid Ağazadə məsləhət görür ki, “TikTok”da bəyənmədiyiniz videolara 3 saniyədən artıq baxmayın:

“Çünki “TikTok” alqoritmi videoya 3 saniyədən daha artıq müddətdə baxmaqla formalaşır. 3 saniyə baxdıqdan sonra artıq video sənin üçün maraqlı videolar kateqoriyasına daxil olaraq bənzər videoları qarşına çıxarmağa başlayır. Bununla da səninlə bərabər digər insanlar üçün də video təklif olunur”.

Nuray, Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin