Zaqatalada illərdir baxımsız qalan Alban kilsəsi – Təmiri niyə DALANA dirənib? – VİDEO

Hazırda oxunan: Zaqatalada illərdir baxımsız qalan Alban kilsəsi – Təmiri niyə DALANA dirənib? – VİDEO

Zaqatala rayonunda yerləşən tarixi Alban kilsəsi bərbad vəziyyətdədir. Məbədin restavrasiyası ilə bağlı planlar var, amma tarixi abidə uzun illərdi bərpa olunmayıb.
206315

Zaqatala rayonunda qədim tarixi abidə bərbad vəziyyətdədir. Söhbət Zaqatala şəhərinin mərkəzində yerləşən Alban kilsəsindən gedir. Əsası IV-V əsrlərdə qoyulub. Zaqatala Çar Rusiyası tərəfindən işğal olunandan sonra 1851-ci ildə Alban kilsəsi əsasında xristian-pravoslav kilsəsi inşa edilib. 1953-cü ilə qədər isə kilsə olaraq fəaliyyət göstərib.

Abidənin dövlət tərəfindən qorunmasına baxmayaraq, məbəd baxımsız vəziyyətdədir. 

Zaqatala Alban kilsəsinin restavrasiyası düşünülürmü?

Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseynov Bizim.Media-ya bildirib ki, məbədin bərpa olunacağı tarix məlum deyil:

“Zaqatala rayonunda yerləşən kilsə yerli əhəmiyyətli tarix-memarlıq abidəsi qismində dövlət mühafizəsinə götürülüb. Rayon mərkəzində yerləşən kilsənin mühafizəsinə xüsusi nəzarət olunur. Həmin kilsənin bərpa olunması məsələsi də gündəmdədir. Tarixi tikilinin bərpa olunması məqsədi ilə dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu hesabına tikintisi nəzərdə tutulmuş layihələrin siyahısına daxil edilib.
 

Tarixi abidələr müvafiq siyahıya daxil edilərək mərhələli şəkildə bərpa, konservasiya işləri həyata keçirilir. Həmin kilsənin də investisiya layihələrinin icrası çərçivəsində bərpası planlaşdırılır”.


Qeyd edək ki, abidənin uzun illərdir bərpa olunacağı ilə bağlı məlumatlar verilsə də, reallıq tamam əksini deyir.  



Nuranə Daxilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin