London öz merini seçdi – Seçkilərdə azərbaycanlı namizəd də var idi - FOTO

Hazırda oxunan: London öz merini seçdi – Seçkilərdə azərbaycanlı namizəd də var idi - FOTO

20629

Böyük Britaniyanın paytaxtı London şəhərində mer seçkiləri yekunlaşıb.

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, mayın 6-da keçirilən seçkilərin nəticələri bəlli olub. Belə ki, seçkilərdə hazırda fəaliyyətdə olan mer Sadik Xan ikinci dəfə qalib gəlib. Bununla da 2016-cı ildə Londonun meri olan Sadik Xan daha üç il müddətinə bu vəzifəsini qoruyub saxlaya bilib.

Qeyd edək ki, London meri 4 il müddətinə seçilir. Lakin pandemiya səbəbilə seçkilər keçirilmədiyi üçün Sadik Xanın səlahiyyət müddəti bir il uzadılıb. 

Xatırladaq ki, şəhərin meri vəzifəsinə azərbaycanlı hüquqşünas Kamran Balayev də namizədliyini irəli sürmüşdü.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin