Şahbuzda minaya düşən şəxsin son vəziyyəti açıqlanıb.
Bizim.Media xəbər verir ki, Naxçıvan Muxtar Respublika Xəstəxanasının Reanimasiya Şöbəsinin şöbə müdiri Azər Məmmədov jurnalistlərə bildirib ki, avqustun 11-i axsam saat 21:20 radələrində Şərur rayon sakini Bəxtiyar Soltanov bədən nahiyəsinin müxtəlif yerlərində xəsarətlərlə təcili tibbi yardım şöbəsinə daxil olub.
MÖVZU İLƏ BAĞLI:
Naxçıvanda çoban minaya düşdü - VƏZİYYƏTİ AĞIRDIR
"Vəziyyəti hazırda ağır qiymətləndirilərək reanimasiya şöbəsinə yerləşdirilib.
Hazırkı diaqnozu açıq kəllə beyin travması, qansızma, baş-beyin ağır dərəcədə əzilməsi ilə reanimasiya şöbəsində müalicəsi davam etdirilir. Hazırda vəziyyəti ağırdır"- deyə Azər Məmmədov deyib.
Bizim.Media