Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair Dövlət Proqramına doktorantura pilləsi də əlavə edilib.
Bizim.Media xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 fevral tarixli 3163 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Sərəncam imzalayıb.
Sərəcama əsasən, ali təhsilin doktorantura səviyyəsində ölkənin sosial-iqtisadi inkişafının prioritet istiqamətlərinə uyğun ixtisaslara üstünlük verilməsi Azərbaycan Respublikasında akademik potensialın gücləndirilməsini, elmi-texniki və intellektual potensialın artırılmasını, elmi yaradıcılığın inkişafını və elmi biliklərin yayılmasını təmin edəcəkdir.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:32 / 12.08.2024
Gənclər Dövlət Proqramı ilə xaricdə Doktorantura təhsili ALA BİLƏCƏKLƏR
Hazırda oxunan: Gənclər Dövlət Proqramı ilə xaricdə Doktorantura təhsili ALA BİLƏCƏKLƏR
Hazırda oxunan: Gənclər Dövlət Proqramı ilə xaricdə Doktorantura təhsili ALA BİLƏCƏKLƏR
206265
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.