Gəncə Şəhər Xəstəxanasının şöbə müdiri: "Zəhərlənənlər pomidor və yuxa yeyiblər" - VİDEO

Hazırda oxunan: Gəncə Şəhər Xəstəxanasının şöbə müdiri: "Zəhərlənənlər pomidor və yuxa yeyiblər" - VİDEO

206211

Gəncədə yas mərasimində baş vermiş zəhərlənmə hadisəsinin bəzi detalları məlum olub.

Bizim.Media xəbər verir ki, zərərçəkən Eldəniz Cəfərov bildirib ki, hadisə şəxsi evdə, dostunun atasının yas mərasimində baş verib:

"Orada halva, çay-çörək yedik. Bir saat keçmədi ki, gözüm qaralmağa başladı, ürəyim bulandı. Daha sonra bizi xəstəxanaya gətirdilər".

Gəncə Şəhər Xəstəxanasının şöbə müdiri İradə Dəmirova bildirib ki, müraciət edən xəstələrin əksəriyyəti bozartma, pomidor və yuxadan istifadə ediblər:

"Zəhərlənmənin səbəbi məlum deyil. Hər vəziyyətdə xəstələr gətirilir, durumu ağır olanlar da var. Təcili göstəriş almışıq. İlkin tibbi yardımlar göstərilir. Ölüm hadisəsi qeydə alınmayıb".

Qeyd edək ki, yas mərasimində zəhərlənənlərin sayı 105 nəfərə çatıb.

Ətraflı Baku TV-nin süjetində:


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin