Yas mərasiminin sahibi: "Bütün ərzaqları bazardan almışıq" - FOTO

Hazırda oxunan: Yas mərasiminin sahibi: "Bütün ərzaqları bazardan almışıq" - FOTO

206198

“Yas mərasimi üçün bütün ərzaqları hamı kimi biz də dükanlardan, bazardan almışıq. Ehsana bozartma üçün ət alınıb, bazardan kartof, soğan, göyərti, pomidor, xiyar və digər lazım olan ərzaqlar. Dəfndən sonra ehsan verildi. Bir müddət sonra yaxınlarım, dəfnə gələn qonaqlardan bəzisi özünü narahat hiss etməyə başladı. Onları tez xəstəxanaya apardılar. Onların nədən zəhərləndiyini biz nə bilə bilərik. Aidiyyatı qurumların nümayəndələri gəlib bütün qidalardan və ərzaqlardan nümunələr götürüblər. Ən dəqiq məlumatı yəqin ki, onlar verə biləcəklər”.

 

MÖVZU İLƏ BAĞLI:

Gəncədə yas mərasimində zəhərlənənlərin sayı 105 nəfərə çatdı

 

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, bu açıqlamanı Gəncədə kütləvi zəhərlənmə qeydə alınan yas mərasiminin sahibi Mahir Cəfərov verib. 

O bildirib ki, adət-ənənyə uyğun olaraq dəfndən sonra ehsan verilib və gələn qonaqlar yemək yedikdən sonra kütləvi zəhərlənmə baş verib.

Məlumat üçün bildirək ki, yas mərasimində zəhərlənənlərdən Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxanaya 83 nəfər, Z.Məmmədov adına 3 nömrəli xəstəxanaya isə 13 nəfər yerləşdirilib. Digər doqquz zərərçəkən isə Göygöl Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onların həkim nəzarətində müalicələri davam etdirilir.

 

 

Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin