Gəncədə yas mərasimində zəhərlənənlərin sayı 105 nəfərə çatdı

Hazırda oxunan: Gəncədə yas mərasimində zəhərlənənlərin sayı 105 nəfərə çatdı

206190

Gəncədə yas mərasimində zəhərlənənlərin sayı artıb.

Bizim.Media xəbər verir ki, Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxanaya 83 nəfər, Z.Məmmədov adına 3 nömrəli xəstəxanaya isə 13 nəfər yerləşdirilib. Digər doqquz zərərçəkən isə Göygöl Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
 

MÖVZU İLƏ BAĞLI:

Gəncədə qidadan zəhərlənənlərin sayı 80-i ötdü


Hazırda onlara zəruri tibbi xidmətlər göstərilir.

Əlavə məlumat veriləcək.

Faktla bağlı araşdırma davam etdirilir.


Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin