Ali məktəblərdə pulsuz yerlərin SAYI

Hazırda oxunan: Ali məktəblərdə pulsuz yerlərin SAYI

206044

2024/2025-ci tədris ili üçün respublika ali təhsil müəssisələrinin I-V ixtisas qruplarında Azərbaycan və rus bölmələri, hər iki bölmənin birgə müsabiqəsi üzrə tələbə qəbulu planı və dövlət sifarişi üzrə yerlərin sayı təqdim edilib.

Bizim.Media Dövlət İmtahan Mərkəzinə istinadən xəbər verir ki,  beş ixtisas qrupu üzrə ümumilikdə 58610 plan yeri müəyyən edilib. Bu yerlərdən 27834-nə tələbə qəbulu dövlət sifarişi əsasında aparılır.
 

MÖVZU İLƏ BAĞLI:

V qrupların NƏZƏRİNƏ: Plan yerlərinin sayı AÇIQLANDI


Qeyd edilib ki, -I ixtisas qrupunda 19990 yerdən (o cümlədən Azərbaycan bölməsi - 13315, rus bölməsi - 785, birgə - 5890) 14407 yerə;

II ixtisas qrupunda 14550 yerdən (o cümlədən Azərbaycan bölməsi - 11335, rus bölməsi - 575, birgə - 2640) 4390 yerə;

-III ixtisas qrupunda 15459 yerdən (o cümlədən Azərbaycan bölməsi – 11854, rus bölməsi – 1410, birgə - 2195) 4318 yerə;

-IV ixtisas qrupunda 4600 yerdən (o cümlədən Azərbaycan bölməsi – 3520, rus bölməsi – 330, birgə - 750) 3135 yerə;


-V ixtisas qrupunda 4011 yerdən (o cümlədən Azərbaycan bölməsi üzrə 1226, rus bölməsi üzrə 110, birgə - 2675) 1584 yerə tələbə qəbulu dövlət sifarişi əsasında aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin