"Azərbaycan” Nəşriyyatının sabiq direktor müavinin oğlu dələduzluqda ittiham olunur

Hazırda oxunan: "Azərbaycan” Nəşriyyatının sabiq direktor müavinin oğlu dələduzluqda ittiham olunur

205894

Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Azərbaycan” Nəşriyyatının sabiq direktor müavini Ləbib Ləbibovun oğlu dələduzluqda ittiham olunur.

Bizim.Media xəbər verir ki, Ləbib Ləbibovun oğlu Rəşad Ləbibov barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurduqda) maddəsi ilə ittiham verilib.

Cinayət işi üzrə iki nəfər zərərçəkən şəxs qismində tanınıb.

R.Ləbibov barəsində cinayət işi üzrə ibtidai istintaq başa çatıb və baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Fəxri Məmmədovun icraatına verilib. Məhkəmənin hazırlıq iclası avqustun 20-ə təyin edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin