Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonu ərazisində məişət tullantıları yığılmış sahədə yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.
Bu barədə Bizim.Media-ya FHN-dən məlumat verilib.
MÖVZU İLƏ BAĞLI:
SON DƏQİQƏ: 20-ci sahədə neft buruqlarının yaxınlığında YANĞIN BAŞLADI – VİDEO
Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri çağırış üzrə cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
Nuray, Bizim.Media