“BakıKart” tətbiqi niyə işləmir? – RƏSMİ AÇIQLAMA – FOTO

Hazırda oxunan: “BakıKart” tətbiqi niyə işləmir? – RƏSMİ AÇIQLAMA – FOTO

205811

Bir neçə gündür “BakıKart” tətbiqində problem yaşanır. İstifadəçilərin bildirdiyinə görə, tətbiqə daxil olmaq mümkün olmadığı üçün, karta ödəniş edə bilmirlər.

Problemin səbəbi nədir?

Məsələ ilə bağlı “BakıKart”dan Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, tətbiq texniki səbəblərdən dolayı işləmir: 

“Problem 2-3 gün ərzində həll olunacaq”.

Sosial şəbəkələrdə “BakıKart”ın tamamilə “M10” tətbiqinə keçiriləcəyi üçün fəaliyyətini dayandırması ilə bağlı yayılan iddialara cavab olaraq isə qeyd olunub ki, sözügedən məlumatlar həqiqəti əks etdirmir.

Nuray, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin