Vikipediya erməni yalanlarını üzə çıxardı

Hazırda oxunan: Vikipediya erməni yalanlarını üzə çıxardı

2058

Vikipediya Ermənistana qarşı sərt addımlar atır. Onların yaymaq istədiyi yalan xəbərlər Vikipediya haqda qanuna görə, avtomatik olaraq bloklanır. Faktlarla əsaslandırılmayan heç bir xəbəri və ya məqaləni bu redaksiya götürmür.

Məlumatı Bizim.Media ya AMEA-nın İnformasiya və Texnologiyaları İnstitutunun əməkdaşı İradə Ələkbərzadə verib.

O, bildirib ki, Ermənistan Qarabağdakı döyüşləri uduzduqca, uğursuzluqlarını ört-basır etmək üçün müxtəlif yollara əl atırlar. Paşiniyan rejimi feyk informasiyalar, video çarxlar istehsal edərək, həm öz xalqını, həm də beynəlxalq ictimaiyyəti aldatmağa çalışır:

“Ermənilərin əsas dezinformasiya meydanı sosial şəbəkə və KİV-dir. Özlərinin etdikləri cinayətləri, qarşı tərəfin boynuna qoymaq üçün faktı olmayan  məlumatlar yayırlar. Amma  yalanlarının təsdiqi olmadığı üçün bu informasiya resursları məlumatları qəbul etmir”.

İradə Ələkbərzadə qeyd edib ki, vikipediyada düzgün informasiya siyasəti aparmaq, ermənilərin bu təxribatının qarşısını almaq məqsədilə işçi qrup yaradılıb. Bundan sonra onlar çıxılmaz vəziyyətə düşüblər:

“Biz Gəncə terroru ilə bağlı vikipediyada məqalə yerləşdirdik. Ermənilər dərhal hücuma keçib dedilər ki, onlar da “Stepanakert terroru” adı ilə məqalə dərc edəcəklər. Ancaq əllərində heç bir fakt olmadığı üçün buna nail ola bilmədilər. Bizimsə əlimizdə faktlarla zəngin Gəncə, Bərdə, Tərtər, Ağdam hücumları vardı. Onlar geri çəkilməyə məcbur oldular. Biz isə Gəncə terrorunu ingilis və rus dillərində dərc etdik”.

Gülşanə Mustafayeva, Bizim.Media 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin