Hərbi tibb mütəxəssislərimiz İranlı həmkarları ilə görüşdü- FOTOLAR

Hazırda oxunan: Hərbi tibb mütəxəssislərimiz İranlı həmkarları ilə görüşdü- FOTOLAR

205778
Azərbaycan ilə İran arasında hərbi sahədə ikitərəfli əməkdaşlıq planına uyğun olaraq Müdafiə Nazirliyinin bir qrup tibb xidməti zabiti İran İslam Respublikasının Tehran şəhərində olub.

Səfər çərçivəsində Müdafiə Nazirliyinin Tibb Baş İdarəsinin rəisi general-mayor Natiq Əliyev İran Silahlı Qüvvələrinin tibb xidməti rəisi briqada generalı Həsən Ərağizadə ilə əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində müzakirələr aparıb.

İran Silahlı Qüvvələrinin tibb xidmətinin imkanlarının öyrənilməsi məqsədilə Azərbaycan nümayəndə heyəti İslam İnqilabı Keşikçiləri Korpusunun Bəqiyətullah və Cəmaran hospitallarını, Müdafiə və Silahlı Qüvvələrə Dəstək Nazirliyinin Besət hospitalını, İran Ordusunun Tibb Elmləri Universitetini ziyarət edib, eləcə də müdafiə qabiliyyətləri sərgisinə baxış keçiriblər.



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin