“Əgər iyunun 1-də metro açılarsa və il ərzində təxminən 132 milyon sərnişin daşınarsa, bir sərnişinin daşınmasına çəkiləcək xərcin 97 qəpik olması gözləniləndir”.
Bizim.Media xəbər verir ki, bunu sosial şəbəkələrdə metroda gediş haqqının artacağı ilə bağlı yayılan məlumatlara münasibət bildirən “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
MÖVZU İLƏ BAĞLI:
Metro ilə bağlı xəbər - SON DƏQİQƏ - FOTO
Onun sözlərinə görə, metronun fəaliyyəti ilə bağlı proqnozlaşdırma olsa da, gedişhaqqının bahalaşması hələ dəqiq deyil:
“Metroda sərnişindaşıma bərpa olunandan sonra qiymətlərin 97 qəpik olacağı barədə yayılan məlumatlar tamamilə yanlışdır.
Hər bir sahədə olduğu kimi, metroda da proqnozlaşdırma var. 2019-cu ildə bir sərnişin 51 qəpiyə başa gəlib. Sərnişin 30 qəpiyə daşınıb. 2020-ci ildə bir sərnişin 1 manat 54 qəpiyə başa gəlib. Bəlkə metro iyunun 1-i açılmayacaq.
Yəni, gözlənilən və ya proqnozlaşdırılan hələ fakt deyil. Bəlkə metro açılacaq və132 milyon deyil, daha az və ya daha çox daşınma olacaq.
Yəni, qiymət faktiki daşınan sərnişinə görə bəlli olacaq. Maraqlanmaq istəyənlər üçün bildirim ki, hələlik Tarif Şurasına müraciət olunmayıb. Əsas vəzifə indi infrastrukturu qoruyub saxlamaqdır”.
Bizim.Media