Avqustun 9-dan ali məktəblərə ixtisas seçimi başlayır. Bu il də minlərlə abituriyent imtahan verdikləri ixtisas qrupu üzrə ballarına uyğun olaraq ixtisas seçimi edəcək.
Plan yerlərinin artıb-artmayacağı, keçid ballarının necə dəyişəcəyi isə ən aktual müzakirə mövzularından biridir. Belə ki, ötən il bir çox ixtisasın keçid balında xeyli azalma müşahidə olunub. Məsələn, Dövlət Gömrük Komitəsi Akademiyası ‘‘İnformasiya Təhlükəsizliyi’’ ixtisasının balı 2022-ci ildə 583 idisə, ötən il 200 bala bərabər olub.
Bəs bu il də keçid ballarının azalması gözlənilirmi?
Mövzu ilə bağlı təhsil eksperti Cahid İmanlı Bizim.Media-nın suallarını cavablandırıb.
“Bildiyimiz kimi, ali məktəblərə qəbul prosesi iki mərhələlidir- buraxılış imtahanı və blok imtahanları. Bu il buraxılış imtahanları asan olduğu üçün Dövlət İmtahan Mərkəzinin məlumatına görə, bütün abituriyentlərin ortalama balı 15-20 bal yuxarı qalxıb. Blok imtahanı nisbətən çətin olsa da, birinci cəhddən sonda DİM-in məlumatına görə, keçən ilə nisbətən daha çox abituriyent 500 baldan yuxarı toplayıb”, - deyə ekspert bildirib.
“Bu il keçid balları artacaq”
Müsahibimizin sözlərinə görə, bu il bütün qruplar üzrə ixtisasların ballarında artım olacaq:
“Lakin rəqabətin çox olması baxımından ilk növbədə III qrup, ikinci olaraq I, daha sonra isə II və IV qruplar gəlir. III qrupda vəziyyətin gərgin olmasının səbəbi bu qrup üzrə imtahan verənlərin sayının artmasıdır. Bütün qruplar üzrə 500 baldan yuxarı prestijli ixtisaslarda keçən illə müqayisədə 50 bala yaxın artım olacaq.
Həmçinin V qruplarda da vəziyyət çox ciddidir, yəni kəsilənlərin sayı çox olacaq. Çünki buraxılış imtahanının nəticəsiylə ali məktəblərə daxil olmaq istəyənlərin sayı ildən-ilə çoxalır. Bu, xüsusilə, bədən tərbiyəsi, idman və rəssamlıq , dizayn ixtisaslarında müşahidə olunur.
Bundan əlavə, 150 ballıq ixtisaslar var ki, burada abituriyentin buraxılış balı nə qədər olarsa, olsun buraxılışdan 50-100 bal arası topladığı üçün müvafiq ixtisasları seçə bilir. Yenə xüsusilə, I və III qruplar üzrə 150 ballıq ixtisasların balları kəskin artacaq”.
Ekspert bu ili subbakalavrlar üçün ən şanssız il adlandırıb:
“Bu il 30 minə yaxın subbakalavr qeydiyyatda iştirak edib. Lakin abituriyentlərin sayının çox, boş qalan yerlərin sayının isə az olmasına görə subbakalavrların qəbul olma şansı çox azdır. Ancaq yenə də onların I və II qrupa qəbul olma şansı daha çoxdur”.
Nəzrin Mirzəyeva, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
15:20 / 08.08.2024
Abituriyentlərin NƏZƏRİNƏ: “Keçid balları artacaq”
Hazırda oxunan: Abituriyentlərin NƏZƏRİNƏ: “Keçid balları artacaq”
Hazırda oxunan: Abituriyentlərin NƏZƏRİNƏ: “Keçid balları artacaq”
Abituriyentlərin NƏZƏRİNƏ: Keçid balları bu il artacaq mı? Təhsil eksperti il ərzində keçid ballarında necə dəyişikliklərin gözləndiyini izah edir.
205677
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.