AFFA və media nümayəndələri arasında görüş keçiriləcək

Hazırda oxunan: AFFA və media nümayəndələri arasında görüş keçiriləcək

205574

AFFA İcraiyyə Komitəsinin 13.05.2024-cü il tarixində keçirilən iclasında “AFFA-nın İnkişaf Strategiyası”nın əsas hədəfləri müəyyənləşdirilib.

Bizim.Media xəbər verir ki, AFFA İcraiyyə Komitəsinin 03.06.2024-cü il tarixli iclasında isə strategiyanın yazılması üçün “Double Pass”, UEFA və “McKinsey & Company” şirkətləri ilə əməkdaşlıq edilməsinə dair qərar qəbul olunub.

AFFA İnkişaf Strategiyasının hazırlanması ilə bağlı futbol ictimaiyyəti nümayəndələrinin təklif və rəylərini öyrənmək istəyir.

Bunu nəzərə alaraq, avqustun 9-u saat 11:00-da media nümayəndələri ilə görüş nəzərdə tutulub.

AFFA-nın inzibati binasında keçiriləcək tədbirə bütün media nümayəndələri dəvət olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin