“Hazırda “Trendyol” tərəfindən Azərbaycana göndərilən malların hamısı manapoliyadadır. Bir sıra dələduzlar belə məhsulları ölkəmizə gətirir”.
Bizim.Media xəbər verir ki, bu sözləri Demokrat.az-a açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Havıyev deyib.
O bildirib ki, “Trendyol” kiməsə güvənib belə addımlar atırlar:
“Ona görə də bu şirkət millətimizi aşağılayır, millətə zəhərli, vaxtı keçmiş, keyfiyyətsiz paltarlar, mallar göndərir. Bizim Azərbaycan milləti də bir az sadəlöhv olduğu üçün öz qədrini bilmir. Bizdə gecə-gündüz çalışırıq ki, millət ayılsın, özünə hörmət etsin. Türkiyədə dələduzlar çoxdur. Elə “Trendyol” onlardan ən öndə gedənidir. Bu, Türkiyənin məşhur kargo şirkətlərindən biri olsa da, bu şirkət sadəlöhv xalqımızı keyfiyyətsiz, cırıq-sökük mallarını sırıyır. Türkiyədə o qədər dələduz var ki, bizim dələduzlarla birləşib, ölkəmizdə keyfiyyətsiz işlər görürlər. Reallıq budur. Bu gün məsuliyyət xalqın üzərindədi. Xalqımız hər şeyə biganə yanaşır və dırnaqarası baxır. Bu cür dələduzlar millətimizi zəhərliyib öldürmək istəyirlər, həm də keyfiyyətsiz mal geydindirərək aşağılayırlar. Hər halda millətimizi yiyəsiz qoymayacağıq”.
Partiya sədri onu da vurğulayıb ki, belə məsələlərdə birgə mübarizə aparmalıdır:
“Azərbaycana nə qədər keyfiyyətsiz mal gəlirsə, onu almamalı, əksinə Azərbaycanda müvafiq iş yerləri açmalıyıq. Düşünürəm ki, biz əl-ələ verib bu istiqamətdə ciddi işlər görəcəyik”.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
19:41 / 07.08.2024
"Trendyol" sadəlöhv xalqımıza keyfiyyətsiz, cırıq-sökük mallarını sırıyır — Partiya sədrindən ŞOK AÇIQLAMA
Hazırda oxunan: "Trendyol" sadəlöhv xalqımıza keyfiyyətsiz, cırıq-sökük mallarını sırıyır — Partiya sədrindən ŞOK AÇIQLAMA
Hazırda oxunan: "Trendyol" sadəlöhv xalqımıza keyfiyyətsiz, cırıq-sökük mallarını sırıyır — Partiya sədrindən ŞOK AÇIQLAMA
205571
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.