İki il əvvəl Laçın rayonu ərazisində əlverişsiz hava şəraitində xidmət zamanı istiqaməti itirərək itkin düşmüş iki hərbi qulluqçulardan birinin nəşi ailəsinə təhvil verilib.
Bizim.Media xəbər verir ki, əsgər Məmmədov Fərid Əjdər oğlunun cənazəsi onun doğulub boya-başa çatdığı Ağdam rayonunun Orta Qərvənd kəndinə gətirilib.
Şəhidin vida mərasimi 8 avqust tarixində Ağdam rayon Quzanlı qəsəbəsində keçiriləcək. O, Quzanlı qəsəbə Şəhidlər xiyabanında dəfn ediləcək.
Bizim.Media