Nazir: "X-XI sinif şagirdləri dərslərini distant formada davam etdirəcəklər"

Hazırda oxunan: Nazir: "X-XI sinif şagirdləri dərslərini distant formada davam etdirəcəklər"

20556

“Bəziləri üçün ənənəvi tədrisə qayıdış düzgün qərar kimi qəbul edilsə də, bir çoxlarına da vaxtında verilməmiş qərar kimi görünür. Mayın 17-dən əyani tədrisin qismən bərpa olunması qərarı müzakirələr və aparılan təhlillərdən sonra verilib”.

Bizim.Media-nın xəbərinə görə, bunu təhsil naziri Emin Əmrullayev deyib.

Onun sözlərinə görə, Təhsil Nazirliyi əyani tədrisə qayıtmağın tərəfdarı olub: “Uşaqların sosial-psixoloji inkişafı, parta arxasında oturması vacibdir."
 

MÖVZU İLƏ BAĞLI:

Emin Əmrullayev sualları cavablandırır - CANLI YAYIM


"İnandığımız odur ki, bu anlamda valideynlər övladlarını məktəbə göndərə biləcəklər. X-XI sinif şagirdləri hələ də dərslərini distant formada davam etdirəcəklər”.

E.Əmrullayev bildirib ki, şərait imkan verən məktəblərdə tədris həftədə 5 gün olacaq: “Şagirdlərin məktəbdə olması və yaşıdları ilə ünsiyyətdə olması vacibdir. Sadəcə çıxılmaz vəziyyətdə qaldıqda distant tədrisə keçid barədə düşünürük”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin