Fazil Məmmədovun “kassa aparatı”x9d ilişdi: Yeznə əldən gedir...

Hazırda oxunan: Fazil Məmmədovun “kassa aparatı”x9d ilişdi: Yeznə əldən gedir...

205516
Sabiq nazirin işdən çıxarılan bacısının əri Namiq Quliyevin iki kabineti varmış; onun oğlunun adına rəsmiləşdirilmiş “CASPEL”x9d MMC-nin ölkəyə gətirdiyi kassa aparatlarından milyonları necə qazanıblar...

Keçmiş vergilər naziri Fazil Məmmədovun Vergilər Nazirliyində yüksək vəzifə tutan yeznəsinin işdən çıxarılması barədə xəbərlər təsdiqlənib.

Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti rəisinin 1-ci müavini olanxa0 Namiq Quliyevin işdən çıxarılması barədə xəbərlər hələ dekabrın əvvəlində yayılmışdı. Bildirilirdi ki, dekabrın 5-də nazir işdən çıxarıldıqdan bir gün sonra Namiq Quliyev dəxa0 ərizəsini yazıb.

Fazil Məmmədovun bacısının həyat yoldaşı olan Namiq Quliyev əvvəllər Vergilər Nazirliyində nazirin müşaviri vəzifəsində çalışıb. O, 2016-cı ilin fevral ayında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti rəisinin 1-ci müavini postuna gətirilmişdi.

Namiq Quliyev haqda zaman-zaman çox ilginc xəbərlər yayılıb. Məsələn, deyilirdi ki, Namiq Quliyev naziri son vaxtlar, ümumiyyətlə, saymırmış, nazirliyə kefi istəyəndə gəlirmiş. Həttaxa0 yeznənin iki lüks kabineti də varmış. Biri nazirlikdə əsas binada, digəri isə Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentində. Namiq Quliyevin əsasən Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentindəki kabinetində oturduğu deyilirdi. Bildirilirdi ki, “əsas pul burada yığıldığından”x9d yeznə gününü bu binadakı kabinetində keçirirmiş.

Fazil Məmmədov qaynından nazirlikdə oturmasını tələb etsə də, Namiq Quliyev onun sözünə baxmırmış.

Qeydxa0 edək ki, 2015-ci ilin fevralında ölkə başçısının sərəncamı ilə Vergilər Nazirliyinin 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri xüsusi rütbəsi alanlar sırasında Namiq Quliyev də olub.

Fazil Məmmədov yeznəsinin Vergilər Nazirliyini ailə biznesinə çevirmək üçün hər şey etmişdi. Məsələn, nəzarət-kassa aparatlarını Fazil Məmmədovun bacısı oğlu, yəni Namiq Quliyevin oğlunun adına rəsmiləşdirilmiş “CASPEL”x9d MMC-nin ölkəyə gətirdiyini bilməyən yox idi.xa0 Hələ 2011-ci ildən başlamış “kassa işi”x9d o zaman böyük hay-küy də yaratmışdı.xa0


Fazil Məmmədovunxa0 xeyir-duası ilə “CASPEL”x9də “yaşıl işıq”x9d veriləndən sonra iş adamlarının qara günləri başlamışdı. Vergi müfəttişləri obyekt sahiblərinə məhz “CASPEL”x9d şirkətinin satdığı kassa aparatlarını quraşdırılmasını tələb edirdilər. Maraqlıdır ki, vergi müfəttişləri bunun səbəbinixa0 gizlətmir, həmin şirkətin vergilər nazirinin bacısı oğlunun olduğunu deyir, həttaxa0 “kim o aparatları alıb quraşdırmasa, vəziyyəti pis olacaq”x9d, -xa0 xəbərdarlığını da edirdilər. Məsələn, 2012-ci il qiymətləri ilə “4613-XXX”x9d tipli aparatın qiyməti 1980 manat, quraşdırılma xərci isə 520 manat olub.xa0 Bir kassa aparatı üçün sahibkarlardan 2500 manat alınıb. Yanacaqdoldurma məntəqələrindən isə hər kolonkaya bir aparat qoyulmasını təmin ediblər ki,xa0 bu da bir YDM-dən 10 min manat qazanc deməkdir. Hansı ki, kassa aparatlarının satışı ilə məşğul olan digər 20-dək şirkətlər vaxtilə bu aparatları cəmi 240 manata satırmışlar. “Mini-T 400 ME”x9d markalı aparatı yeznənin şirkəti sahəsi 50 kvadrat metrə qədər olan obyektlərə quraşdırıb ki, onu “CASPEL”x9d 700 manata, digər şirkətlər isəxa0 150 manata satırdılar. Adi statistikaya görə, ölkə üzrə təxminən 4 min şadlıq evində quraşdırılmış bu aparatlardan (hər biri 2500 manat) nazirin yeznəsinin şirkəti 10 milyon manat əldə edib. Orta hesabla bütün ölkə üzrə Fazil Məmmədovxa0 və yeznəsixa0 bu əməliyyatdan 50 milyon manat əldə edib. Şübhəsiz ki, bu hələ bilinən bir maxinasiyadır ki, yeznə vaxtı gələndə bunlara cavab verməli olacaq.xa0xa0

Gələn bilgilərə görə, F.Məmmədovla bağlı iqtidarın tavrı onun yaxın çevrəsində şok effekti yaradıb. Birbaşa sabiq nazirlə bağlı olan bir çox iri şirkətlərdə, müəssisələrdə qeyri-müəyyənlik yaranıb, müəssisələrə rəhbərlik edən şəxslərin çoxu işə çıxmır. Hamının “burnunda”x9d bir həbs təhlükəsi “qoxusu”x9dxa0 var....

Yeni vergilər naziri Mikayıl Cabbarov isə “təmizləmə”x9d aparılan nazirlikdəxa0 bir sıra yeni təyinatlar edib. Bu günlərdə isə nazir özünə iki müşavir və köməkçi təyin edib. Məlumata görə, Camal Qasımov və Elnur Əliyev nazirin yeni müşavirləri təyin ediliblər. C. Qasımov bundan öncə Təhsil Nazirliyinin aparat rəhbəri, E.Əliyev isə Nazirliyin informasiya şöbəsinin müdiri olub. O, həm də bir müddət Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini və müdir əvəzi olub.

M.Cabbarovun köməkçisi isə Ceyhunə Muxtarova təyin olunub. C.Muxtarova M.Cabbarovun “İçərişəhər”x9d Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində və Təhsil Nazirliyində köməkçisi olub. (musavat.com)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin