“Rolex”i oğurlanan diplomatdan AÇIQLAMA – “Qiyməti şişirdilib”

Hazırda oxunan: “Rolex”i oğurlanan diplomatdan AÇIQLAMA – “Qiyməti şişirdilib”

Belçikada yaşayan Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyinin başçısı Cəfər Hüseynzadə və xanımının Rolex saatlarının oğurlanması hücumu ilə bağlı məlumat verir.
205513

"5 avqust tarixində məzuniyyətdə olarkən Brüssel vaxtı ilə saat 15:00-da Belçikada yaşadığım evin qarşısında mən və xanımım naməlum 2 nəfər tərəfindən hücuma məruz qaldıq. Bu şəxslər biz binanın girişindən içəri girərkən zorla içəri soxularaq, bizi silah və bıçaqla hədələyərək, üzərlərimizdəki əşyaların onlara verilməsini tələb ediblər".

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyinin başçısı Cəfər Hüseynzadə Brüsseldə ona qarşı hücumla bağlı “apa.az”a açıqlamasında deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanlı diplomat və xanımının Brüsseldə 90 minlik saatı OĞURLANDI


"Onlar xanımımın çantasını və qollarımızdakı "Rolex" model saatları götürərək, bizə yüngül xəsarət yetirərək ərazidən kənarlaşıblar.

Polis dərhal əraziyə gələrək, hadisənin araşdırılmasına başlayıb. Polis tərəfindən verilmiş məlumata əsasən, hal-hazırda cinayətkarların məsuliyyətə cəlb edilməsi məqsədilə müvafiq istintaq tədbirləri davam etdirilir. 
 

Həmçinin, qeyd edim ki, Belçika mətbuatında yaşadığımız binanın şəkillərinin dərc olunması təhlükəsizlik səbəbindən qəbuledilməzdir. Qarət edilən saatlarımızın qiymətinin mətbuatda hədsiz dərəcədə və dəfələrlə şişirdilməsi də təəssüf doğurur. Bizə məxsus saatlar "Rolex" markalı olsa da, onlar metalik və sadə modellər olub. 


Bu hücum hadisəsi barədə, həmçinin, Belçika tərəfinə rəsmən səfirliyimiz tərəfindən müraciət edilib və diplomatların toxunulmazlığının təmin olunması və onlara qarşı bu kimi hücumların qarşısının alınması üçün Diplomatik əlaqələr haqqında Vyana Konvensiyası çərçivəsində tədbirlər görülməsi tələb olunub", - açıqlamada qeyd edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin