Qarabağda təşviqatın aparılması üçün açıq və qapalı yerlər ayrıldı

Hazırda oxunan: Qarabağda təşviqatın aparılması üçün açıq və qapalı yerlər ayrıldı

205480

Sentyabrın 1-nə təyin edilmiş növbədənkənar parlament seçkiləri ilə əlaqədar namizədlərin azad edilən ərazilərdə seçicilərlə görüşü ilə əlaqədar ümumilikdə 25 təşviqat yerləri ayrılıb. 

Bizim.Media xəbər verir ki, Mərkəzi Seçki Komissiyası (MSK) “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanuna müvafiq olaraq namizədlər üçün 14 açıq tipli yer, 11 qapalı tipli yer ayrılıb. 

Belə ki, Xankəndi və Şuşa şəhərlərində təşviqat üçün bir açıq və bir qapalı, Laçın rayonunda altı açıq və altı qapalı, Zəngilan rayonunda iki açıq və bir qapalı, Ağdam rayonunda iki açıq və bir qapalı, Cəbrayıl rayonunda bir qapalı və bir açıq, Kəlbəcər rayonunda isə bir açıq yer ayrılıb. 

Təşviqat üçün ayrılan açıq və qapalı yerlərin siyahısı ilə tanış olmaq üçün bu keçidə daxil ola bilərsiniz. 
 

Xatırladaq ki, növbədənkənar parlament seçkiləri ilə əlaqədar seçkiqabağı təşviqatın aparılmasına avqustun 9-dan başlanılacaq, proses avqustun 31-i saat 08:00-a kimi davam edəcək. 


Qeyd edək ki, Prezident İlham Əliyev iyunun 28-də altıncı çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin