Bakı sakininə qayçı ilə ağır xəsarət yetirilib.
Bizim.Media xəbər verir ki, hadisə gecə saat 02 radələrində Nəsimi rayonu Əlibəy Hüseynzadə küçəsində baş verib.
Kamal İbrahimov adlı şəxs sinə nahiyəsinə yetirilmiş ağır xəsarətlə xəstəxanaya yerləşdirilib. Onu yaralamaqda şübhəli bilinən Valeh Kazımov polis tərəfindən saxlanılıb.
Faktla bağlı Nəsimi RPİ-də Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır ziyan vurma) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.
Bizim.Media