2023-cü ilin sentyabrında erməni separatçılarından təmizlənmiş Xocalı rayonuna gizlincə gedərək oradan at gətirən 3 nəfər həbs edilib.
Bizim.Media “qafqazinfo”ya istinadən xəbər verir ki, Goranboy rayonunda yaşayan Kəlbəcər sakinləri Elbəyi Zamanov, Şahlar Əhmədov və Rafail Məhərrəmovun icazə əsasında girişə icazə verildiyi Xocalı rayonunun inzibati ərazisinə gizli şəkildə keçdikləri müəyyən edilib. Onların Xocalıda olan 11 sahibsiz atı eyni qaydada gizli şəkildə Goranboy istiqamətinə apardıqları məlum olub.
Xocalı RPŞ-nin keçirdiyi tədbirlərlə həmin şəxslər saxlanılıblar və barələrində inzibati protokol tərtib edilib.
Xocalı Rayon Məhkəməsinin 2 avqust tarixli qərarı ilə onların hər birinə 8 sutka inzibati həbs cəzası verilib. Bundan başqa, oxşar əmələ görə Loğman Əhmədov adlı şəxs də 150 manat cərimə edilib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
17:32 / 06.08.2024
Xocalıya gizlincə at gətirməyə getmişdilər - Həbs olundular
Hazırda oxunan: Xocalıya gizlincə at gətirməyə getmişdilər - Həbs olundular
Hazırda oxunan: Xocalıya gizlincə at gətirməyə getmişdilər - Həbs olundular
Xocalıya gizlincə at gətirməyə getmişdilər - Həbs olundular. Goranboy rayonundan Xocalıya at gətirənlər həbs edilib.
205374
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.