Lənkəranda sel körpünü DAĞITDI – 4 kəndin yolu BAĞLANDI – FOTO

Hazırda oxunan: Lənkəranda sel körpünü DAĞITDI – 4 kəndin yolu BAĞLANDI – FOTO

Lənkəranda Daştatük kəndində yaşanan sel sularının körpüyü dağıtması nəticəsində 4 kəndin yolu bağlanıb. Kənd sakinləri yaşadıqları çətinlikləri şikayət edir və bərpası üçün tələbə edirlər. Detallar Bizim.Media portalında.

205289

Son yağan intensiv yağışda Lənkəran rayonunun ucqar dağ kəndi olan Daştatükdə, Bəşəru çayı üzərində salınan 18 metr uzunluğunda körpünü sel suları dağıdıb.

Bizim.Media xəbər verir ki, nəticədə kəndin bir hissəsi, eləcə də Rezvan, Aşağı Apo və Mollakeş kəndləri çayın o tayında qalıblar.

Sakinlərin bu taya gediş-gəlişləri üçün çətinliklər yaranıb. Onlar deyir ki, əgər körpü qısa müddətdə bərpa olunmasa, sentyabr ayında acınacaqlı vəziyyət yaranacaq. Çünki payız ayında Bəşəru çayında su çoxalacaq və o tayda yaşayan 60-a yaxın şagird bu taya keçib məktəbə gedə bilməyəcək.

Bundan başqa kəndin məscidi, qəbiristanlığı çayın o taydına qalıb, məktəb, mağaza isə bu tayda. Sakinlər gündəlik tələbat mallarını almaq üçün hər gün daşlar üzərindən çayı keçməyə məcbur olurlar. Kənddə xəstələnən və ya bədbəxt bir hadisə olanda sakinlər yolsuzluğa görə daha çox əziyyət çəkirlər.

Xanbulan kənd bələdiyyəsinin sədri Kazım Məmmədov məsələ ilə bağlı bildirib ki, adıçəkilən körpü 2014-cü ildə əhalinin istifadəsinə verilib:

“Bu il iyun ayının 26-da intensiv yağışdan sonra çaya sel gəldi və gecə saatlarında körpünü dağıtdı. Həmin günü aidiyyəti üzrə rayon icra hakimiyyəti məlumatlandırıldı və kəndə nümayəndələr gəldi. İlkin olaraq ağır texnikalar vasitəsilə vasitəsilə maşınların çayın içindən keçmələri üçün şərait yaradıldı. Hazırda aidiyyəti təşkilatlardan müsbət cavab gəlib və sentyabr ayına kimi körpünün bərpasını gözləyirik".

Qeyd edək ki, 350 təsərrüfatı, 1500-ə yaxın əhalisi olan Daştatük kəndində körpünün dağılmasından sonra 100-dən çox təsərrüfat, təqribən 500-ə yaxın sakin yolun o tərəfində qalıb.





Sabutay, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin