Azərbaycanda 46 yeni domen dövlət qurumlarının istifadəsinə verildi

Hazırda oxunan: Azərbaycanda 46 yeni domen dövlət qurumlarının istifadəsinə verildi

205247

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda 46 yeni domen dövlət qurumlarının istifadəsinə verilib.

Bizim.Media xəbər verir ki, bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət

Xidmətinin (XRİTDX) Kompüter insidentlərinə qarşı mübarizə mərkəzinin hesabatında qeyd edilib.

Bildirilib ki, bu göstərici 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 28 faiz azdır.

Hesabat dövründə dövlət qurumlarının istifadəsinə 200 yeni subdomen də verilib ki, bu da 1 il əvvələ nisbətən 37 faiz çoxdur.

Qeyd edək ki, 2023-cü ildə dövlət qurumları 119 yeni domen və 323 yeni subdomen əldə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin