Oğuzda ailə DRAMI - 2 gün əvvəl ata, bu gün isə oğlu VƏFAT ETDİ

Hazırda oxunan: Oğuzda ailə DRAMI - 2 gün əvvəl ata, bu gün isə oğlu VƏFAT ETDİ

205203

Oğuzda uzun müddətdir qan xərçəngindən əziyyət çəkən 10 yaşlı Sübhan Bayramov vəfat edib.

Bizim.Media-nın yerli bürosu bildirir ki, Sübhan Bayramov müalicə aldığı Oğuz Rayon Mərkəzi Xəstəxanasında vəfat edib.

Qeyd edək ki, Sübhanın atası da 2 gün öncə faciəvi şəkildə dünyasını dəyişib.
 

Belə ki, Oğuz rayonunun Tayıflı kənd sakini 36 yaşlı Fuad Bayramov meşəlik ərazidə iri gövdəli ağac kəsərkən ağac sakinin üzərinə aşıb və ona ciddi xəsarətlər yetirmişdi. 


Fuad Bayramov xəstəxanaya çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməmişdilər.  

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin