9 May – Qələbə günü və Ramazan Bayramı günlərində əhalinin nəqliyyat, poçt, telekommunikasiya, o cümlədən internet, mobil rabitə xidmətləri və radio-televiziya yayımı ilə keyfiyyətli və davamlı şəkildə təmin edilməsi üçün müvafiq tədbirlər həyata keçiriləcək.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən (NRYTN) Bizim.Media-ya verilən məlumata görə, bununla əlaqədar nazirliyin strukturuna daxil olan qurumlara və tabeliyindəki qurumlara tapşırıqlar verilib.
MÖVZU İLƏ BAĞLI:
Bayram günlərində bu xidmət yalnız mayın 16-da işləyəcək
Bayram ərəfəsində və bayram günlərində sabit telefonların fasiləsiz işinin təmin edilməsi məqsədilə rabitə xidmətləri borclarına və digər səbəblərə görə telefonların şəbəkədən açılmaması, eləcə də daxil olan müraciətlərə həssaslıqla yanaşılaraq operativ tədbirlər görüləcək.
Bayram günlərində məsul növbətçilər təşkil edilməklə nəqliyyat, telekommunikasiya xidmətlərinin, radio-televiziya yayımının fasiləsiz və keyfiyyətli işinin təmin edilməsi, kabel və xətt zədələnmələrinin operativ aradan qaldırılması, poçt şöbələrində növbəli iş rejiminin təşkili, profilaktik, tikinti-quraşdırma işlərinin dayandırılması, rabitə obyektlərinin mühafizəsinin gücləndirilməsi üzrə müvafiq tədbirlərin görülməsi təmin ediləcək.
Bizim.Media