Xalq artisti Ənvər Həsənovun səhhəti yenidən pisləşib, hazırda evində müalicəsi davam edir.
Bizim.Media “apa.az”a istinadən xəbər verir ki, bu barədə aktyorun qızı məlumat verib.
Onun sözlərinə görə, Xalq artisti bir neçə gündür ki, özünü yaxşı hiss etmir.
“Problem daha çox qaraciyəri ilə bağlıdır. Yeməyi, yuxusu da qaydasında deyil”, - qızı əlavə edib.
Qeyd edək ki, bir müddət bundan öncə Xalq artisti Ənvər Həsənovun səhhətində problemlər yaranmışdı. Həkimlər aktyora infarkt diaqnozu qoymuşdu.
Bizim.Media