Bakıda tanışlar arasında yaranan mübahisə qanla bitib. Hadisə paytaxtın Nərimanov rayonunda baş verib.
Bizim.Media xəbər verir ki, 51 yaşlı kişini tanışı, 35 yaşlı şəxs qətlə yetirib.
Avqustun 4-də saat 1 radələrində rayon ərzisində tanışlar -51 yaşlı Ülvi Qasımovla 35 yaşlı Hikmət Muxtarovun mübahisəsi qətllə bitib.
Ölüm hadisəsi ilə bağlı Nərimanov Rayon Prokurorluğunda cinayət işi açılıb.
Hadisədən dərhal sonra qətli törətməkdə şübhəli bilinən Muxtarov Hikmət Oktay oğlu polis əməkdaşları tərəfindən saxlanılıb. Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.
Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
Daha ətraflı Xəzər televiziyasının videomaterialında:
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
23:10 / 04.08.2024
Bakıda tanışlar arasında mübahisə qətllə bitdi - VİDEO
Hazırda oxunan: Bakıda tanışlar arasında mübahisə qətllə bitdi - VİDEO
Hazırda oxunan: Bakıda tanışlar arasında mübahisə qətllə bitdi - VİDEO
205092
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.