Mayın 7-də saat 16 radələrində rayon sakini Sahib Əhmədovun elektrik cərəyanı vurması nəticəsində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı Bərdə rayon prokurorluğu yayıb.
MÖVZU İLƏ BAĞLI:
Bakıda elektrik cərəyanı gənci öldürdü
İlkin araşdırmalarla müəyyən edilib ki, Bərdə şəhərində yerləşən “Çinar” restoranında xidmətçi işləyən Sahib Əhmədov və Üzeyir Məmmədov restoranın həyətində təmizlik işləri apararkən hər ikisini elektrik cərəyanı vurub, nəticədə Sahib Əhmədov hadisə yerində ölüb, Üzeyir Məmmədov isə sağ əl nahiyəsindən xəsarət alıb.
Faktla bağlı Bərdə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda istintaq aparılır.
Bizim.Media