Rezidenturaya qəbul imtahanının ikinci mərhələsi keçirildi

Hazırda oxunan: Rezidenturaya qəbul imtahanının ikinci mərhələsi keçirildi

Dövlət İmtahan Mərkəzi rezidenturaya qəbul imtahanının ikinci mərhələsini keçirib. İmtahanda 894 namizəd iştirak edib. Nəticələr avqustun 5-dən sonra açıqlanacaq.

205016

Dövlət İmtahan Mərkəzi (DİM) avqustun 4-də baza ali tibb təhsili əsasında həkim-mütəxəssislərin hazırlanması məqsədilə rezidenturaya qəbul imtahanının ikinci mərhələsini (ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi) keçirib.

Bizim.Media xəbər verir ki, bu barədə DİM-dən bildirilib.

İmtahanın idarə olunması üçün 5 ümumi imtahan rəhbəri, 59 imtahan rəhbəri, 76 zal nəzarətçisi, 12 buraxılış rejimi (mühafizə) əməkdaşı ayrılıb.
 

Məlumat üçün bildiririk ki, imtahanın ikinci mərhələsində iştirak etmək üçün 894 namizəd qeydiyyatdan keçib. Bakıda 864, Naxçıvan isə 30 namizədin imtahan verəcəyi gözlənilirdi.


Avqustun 5-dən etibarən imtahan protokolları və cavab kartlarının emalı aparılacaq. Nəticələrin yaxın üç gün ərzində elan edilməsi nəzərdə tutulur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin