Bakıda həbs edilən ukraynalı milyarder nədə ittiham olunur? - DETALLAR

Hazırda oxunan: Bakıda həbs edilən ukraynalı milyarder nədə ittiham olunur? - DETALLAR

Bakıda həbs edilən ukraynalı milyarder Oleq Krapivin, xuliqanlıq ilə ittiham olunub. İstiqlal Məcəlləsinin 221.3-cü maddəsinə əsasən, məhkəmədə cavabdehlik verə bilər.
204879

Tanınmış ukraynalı milyarder, kriminal avtoritet Oleq Krapivin (Oleq Bakinski) həbsinin təfərrüatları məlum olub.

Bizim.Media report.az-a istinadən xəbər verir ki, ukraynalı avtoritet Oleq Bakinski Bakıda Rusiya vətəndaşına qarşı xuliqanlıq etməkdə təqsirləndirilir.

İstintaq orqanı tərəfindən onun barəsində Cinayət Məcəlləsinin 221.3-cü ( xuliqanlıq, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) maddəsi ilə ittiham verilib.

Hazırda iş üzrə istintaq aparılır, Oleq Bakinski barəsində həbs qətimkan tədbiri seçilib.

Oleq Bakinskinin əməli sübuta yetirilərsə maddənin sanksiyasına görə o, iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən Oleq Krapivin bir neçə gün qabaq Bakıda saxlanılıb. Onun saxlanması ilə bağlı xəbəri DİN mətbuat xidməti təsdiq edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin