Avropa İttifaqında (Aİ) fentanilin artması regionda yeni “qara vəba”ya səbəb ola bilər.
Bizim.Media Rusiya KİV-nə istinadən xəbər verir ki, bunu Avropa Parlamentinin İtaliyadan olan deputatı Paolo İnselvini deyib.
"Təəssüf ki, Avropa İttifaqında narkotik vasitələrin və opioidlərin istifadəsi durmadan artır. Təkcə 2021-ci ildə 87,4 milyon Avropa vətəndaşı narkotik vasitələrdən istifadə edib, onlardan bir milyonu opioidlərdən həkim resepti olmadan istifadə edib. Bu təhlükəli tendensiya Avropada milyonlarla insanın həyatına son qoya bilər”, - o bildirib.
Bundan əvvəl ABŞ-nin keçmiş Prezidenti Donald Tramp narkotik alverçiləri üçün ölüm cəzasının tətbiqini təklif edib. 2023-cü ildə ABŞ-nin Xəstəliklərə Nəzarət və Qarşısının Alınması üzrə Federal Mərkəzləri (CDC) ölkədə Meksikadan gətirilən fentanildən həddindən artıq istifadə nəticəsində ölüm hallarının 2016-cı ildən 2021-ci ilə qədər təxminən dörd dəfə artdığını bildirib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:40 / 03.08.2024
Aİ “yeni vəba” təhlükəsini elan edib
Hazırda oxunan: Aİ “yeni vəba” təhlükəsini elan edib
Hazırda oxunan: Aİ “yeni vəba” təhlükəsini elan edib
204878
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.