Bakının 2-ci Alatava adlanan ərazisində söküntü işləri aparıla bilər. Bu ərazi, şəhərin inkişaf planları çərçivəsində yenidən qurulması nəzərdə tutulan sahələrdən biridir.
Xırdalan dairəsindən üzü 20 yanvar metro stansiyasına tərəf və əks istiqamətdə daim fasiləsiz-ağır tıxacın olması bu yola alternativ köməkçi yolların çəkilməsi və yol qovşaqlarının tikintisi ilə bağlı bağlı prosesə start verilməsini prioritetə çevirib. Hazırda təhsil ocaqlarının bağlı olmasına, əhalinin böyük əksəriyyətinin istirahətə getməsinə baxmayaraq bu yolda tıxac səngimir. Yeni çəkiləcək yollar, tikilməli olan yol ötürücülərın bir hissəsi 2-ci alatava qəsəbəsi ərazisindən keçəcək. Bu yolda tıxacın azaldılması və nəqliyyatın intensiv hərəkətinin artırılması ilə bağlı aidiyyəti qurumlara verilən tapşırıqların icrası isə yeni yol qovşaqlarının tikilməsi və köməkçi yolların çəkilməsi ilə mümkün olacaq.
2-ci Alatava qəsəbəsində nə baş verir? Əhali ərazidə ölçüb-biçən dövlət nümayəndələri ilə qarşılaşır. Əllərinə müəyyən sputnikdən çəkilən fotolar keçir. Bir də gəzən söz-söhbət. Reallıq nə yerdədir?
Bizim.Media xəbər verir ki, bu plana uyğun olaraq ərazidə müasir infrastruktur və yeni yaşayış binalarının tikilməsi planlaşdırılır.
Ərazidə yaşayan sakinlər və mülkiyyət sahibləri söküntü işlərinin həyata keçirilməsi ilə bağlı narahatlıqlarını ifadə edirlər. Onlar kompensasiya məsələləri və yeni yaşayış yerlərinin təminatı ilə bağlı məlumatların dəqiq olmamasından narazıdırlar.
Rəsmi qurumlar hələlik ərazinin tam şəkildə sökülməsi ilə bağlı qərar qəbul etməyiblər. Ancaq gələcəkdə bu ərazinin inkişaf planları çərçivəsində yenidən qurulması gözlənilir.
Sakinlərin yeni yaşayış yerləri ilə təmin edilməsi və kompensasiya ödənilməsi məsələsi diqqət mərkəzimizdə olacaq.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:45 / 03.08.2024
20 yanvar metro stansiyasının yaxınlığında YENİ LAYİHƏ - VİDEO
Hazırda oxunan: 20 yanvar metro stansiyasının yaxınlığında YENİ LAYİHƏ - VİDEO
Hazırda oxunan: 20 yanvar metro stansiyasının yaxınlığında YENİ LAYİHƏ - VİDEO
Bakının Yenilayihə ərazisində, 20 yanvar metro stansiyasının yaxınlığında infrastruktur və yeni yaşayış binalarının tikilməsi planlaşdırılır. Ərazidə yaşayan sakinlər söküntü işlərinin həyata keçirilməsi və yeni yaşayış yerlərinin təminatı ilə bağlı narahatdırlar.
204866
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.