Avtobus qəzasında ölən 18 yaşlı Məryəmin FOTOLARI

Hazırda oxunan: Avtobus qəzasında ölən 18 yaşlı Məryəmin FOTOLARI

Avtobus qəzasında həyatını itirən 18 yaşlı Məryəm Maqsudun faciəli ölümü. Sumqayıt şagirdi olan Məryəm Maqsudun avtobus qəzasında ölüm xəbəri.
204827

Dünən faciəli şəkildə ölən Məryəm tələbə imiş.

Bizim.Media oxu.az-a istinadən xəbər verir ki, o, Azərbaycan Dövlət Texniki Universitetinin 1-ci kursunu bitirib.
 

MÖVZU İLƏ BAĞLI:

Bakı-Sumqayıt yolunda baş verən ağır qəzada 18 yaşlı qız həyatını itirdi


Sumqayıt şəhər 24 nömrəli tam orta məktəbin şagirdi olmuş 2006-cı il təvəllüdlü Məryəm Maqsud qızı Ağayeva 2023-cü ildə buraxılış imtahanında yüksək nəticə göstərənlərin sırasında yer alıb. Mərhum 600-dən çox bal toplayaraq tələbə adını qazanıb.

Qeyd edək ki, Nazim Hüseynovun idarə etdiyi "Neoplan" markalı, 99-JH-667 dövlət nömrə nişanlı avtobusla onun qarşısındakı eyni istiqamətdə, Bakıdan Sumqayıta gedən Adil Yunisovun idarə etdiyi 42 nömrəli, ISUZU markalı, 50-DO-539 dövlət qeydiyyat nişanlı avtobusun toqquşması nəticəsində ISUZU yoldan çıxaraq aşıb. Hadisə zamanı bir nəfər ölüb, 18 nəfər yaralanıb.





Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin